RU

Həkim səhlənkarlığına görə hansı məsuliyyət var? Vəkil açıqladı

ain.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanda həkimlərin müayinə və müalicə prosesində səhlənkarlığa yol verməsi cinayət məsuliyyəti yarada bilər. Bu barədə vəkil Esmira Rzayeva açıqlama verib.

Gununsesi.info-nun məlumatına görə, vəkil bildirib ki, həkim səhlənkarlığı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət yarada bilər. Həmin maddəyə əsasən, vəzifə səlahiyyətlərini lazımi qaydada yerinə yetirməmək və ya səhlənkarlıq nəticəsində xəstəyə zərər vurulması cinayət hesab olunur.

Onun sözlərinə görə, həkim aşağıdakı hallarda məsuliyyət daşıya bilər:

xəstənin şikayətlərinə diqqətsiz yanaşılması və nəticədə səhv diaqnoz qoyulması;

 tibbi sirrin yayılması;

 reabilitasiya dövründə xəstənin vəziyyətinə nəzarətsizlik və bunun sağlamlıqda ağırlaşmalara səbəb olması.

Bu hallarda həkimlərə qarşı 1500–3000 manat məbləğində cərimə, 240 saatdan 460 saatadək ictimai işlər, 2 ilədək islah işləri, 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.

Bununla yanaşı, vəkil qeyd edib ki, həkimin səhlənkarlığının sübuta yetirilməsi üçün mütləq səbəbli əlaqə müəyyən edilməlidir. Yəni xəstənin sağlamlığına dəymiş zərərin birbaşa həkimin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyi sübut olunmalıdır.

Əks halda, yəni hadisənin səbəbi dəqiq müəyyən edilmədikdə və ya tibbi risk amili mövcud olduqda, tibbi heyət məsuliyyətdən azad edilə bilər və baş verən hadisə tibbi risk kimi qiymətləndirilir.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
icma.az

1Источники