Argentina millisi “Finalissima” matçının ləğv olunmasından sonra özünə yeni rəqib tapıb.
Msport.az xəbər verir ki, Argentina seçməsi “Finalissima” əvəzinə Qvatemala ilə yoldaşlıq görüşü keçirəcək.
Sözügedən matç martın 31-nə təyin olunub. Oyunun keçiriləcəyi stadion barədə yaxın vaxtlarda məlumat veriləcək.
Qeyd edək ki, Argentina və İspaniya milliləri kubok uğrunda oyunun keçiriləcəyi məkanla bağlı razılığa gələ bilmədikləri üçün bu qərar qəbul edilib.