Puketdə mikroavtobus qəzaya uğrayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Tailandın “Khaosod” qəzeti məlumat yayıb.
Tailandın Puket adasında mikroavtobusun qəzaya uğraması nəticəsində bir Rusiya vətəndaşı olan qadın həlak olub, daha 11 rusiyalı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Tailand polisindən verilən məlumata görə, qəzada xəsarət alan 11 Rusiya vətəndaşı dərhal adadakı xəstəxanalara təxliyə edilib və hazırda həkimlər onlara zəruri tibbi yardım göstərirlər.
Əlavə olaraq qeyd edək ki, Tailandın Puket adası turistlərin ən çox üz tutduğu istirahət məkanlarından biridir.
Lakin bəzən dağlıq yollar, eləcə də sürücülərin hava və yol şəraitini düzgün qiymətləndirməməsi nəticəsində əcnəbilərin iştirakı ilə bu cür ağır yol-nəqliyyat hadisələri qeydə alınır.
Hazırda yerli hüquq-mühafizə orqanları mikroavtobus qəzasının dəqiq səbəblərini və təfərrüatlarını araşdırır.

Xuraman Etibarlı
İnterpress.az