RU

Bəzi yerlərdə az çiskin və yağıntı olacaq

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda martın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Hafta.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-7, gündüz 10-15 dərəcə isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 761 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı bildirilir.

Избранный
53
49
hafta.az

10Источники