RU

Oğlu başqa ölkədə yaşayacaq

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Xalq artisti Mənsum İbrahimov oğlu İbrahimdən danışıb. 

Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" verilişində övladının Türkiyədə yaşadığını bildirib:

"Oğlum Türkiyəyə getdi, magistraturada oxuyur. Orada da çalışır. İctimai fəaldır. Beynəlxalq münasibətlərdə oxuyur, amma başqa işlərlə də məşğuldur. Milli bayramlarımızı sevir. Orada bununla bağlı tədbirlərdə iştirak edir. 

Mənim sənətimi övladlarımdan heç biri davam etdirmədi. Uşaqlarım bu sahəyə maraq göstərmədi. Görsəydim istedadları var, kömək edərdim. Amma valideyninə görə bu sahədə məcbur getsə, yarı yolda qalar. Məni heç kim yönəltməyib, zəhmətlə bu yerə gəlmişəm".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
5
axsam.az

6Источники