RU

İrəvanda mer piyada infrastrukturunun abadlaşdırılması haqda video paylaşıb, bizdə də dövlət proqramı var, amma 1 ildir hərəkət yoxdur”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Piezoelektrik fayans insan hərəkəti və ya təzyiq nəticəsində mexaniki enerjini elektrik enerjisinə çevirən xüsusi döşəmə materialıdır. Bu fayanslar stadionlar, metro keçidləri, aeroportlar və piyada axınının yüksək olduğu küçələrdə enerji toplamaq üçün istifadə olunur. Hazırda piezoelektrik fayans texnologiyası Yaponiyada, ABŞ-da və Avropanın bir sıra ölkələrində pilot layihələr və şəhər infrastrukturunda tətbiq olunur. Azərbaycanda isə bu texnologiya hələki yoxdur.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avrasiyanın mərkəzində və Uzaq Şərqdə bu kimi məsələlər çox inkişaf edib: “Biz bu proseslərdən bir az məsafə baxımından uzağıq. Ümumi olaraq, o boşluğu doldurmaq lazımdır. Yəni texnoloji inkişafa çalışmaq lazımdır. Bu həllər hələ ki, nöqtəvidir. Yəni Yaponiya və bir çox barmaqla sayılası ölkələrdədir. Bizə də gəlib çıxacaq. Yəni müəyyən proseslər var ki, bunlar mərhələli şəkildə baş verəcək”.

Rauf Ağamirzəyev

“Bu gün Azərbaycanda daha çox alternativ enerjiyə, yəni külək, günəş, su enerjisinə üstünlük verilir. Bu da ola bilər ki, yaxın gələcəkdə kiçik generasiyalı atom enerjisinə də köklənək. Bunun tərkib hissəsi olaraq qeyd etdiyiniz məqamı da tətbiq etmək olardı. Çünki artıq bizdə Balaxanı məişət tullantılarının emalı zavodunda tullantıların yandırılaraq enerjiyə çevrilməsi kimi bir həll yolu var. Düzdür, növbəti mərhələ olaraq ikincisi hələ qurulmayıb. Bəlkə də nöqtəvi bir həll kimi bir yerdə tətbiq edilə bilər, amma yenə də zamana bağlıdır”, – deyə Rauf Ağamirzəyev qeyd edib.

“İrəvanda mer piyada infrastrukturunun abadlaşdırılması ilə bağlı videosunu paylaşıb. Bizdə isə dövlət proqramı var. Bir il keçib, hələ ki, hərəkət yoxdur”-deyə ekspert vurğulayıb.

Rauf Ağamirzəyev hesab edir ki, ilkin olaraq piyada infrastrukturu azad olmalı, abadlaşdırılmalıdır və onun tərkib hissəsi olaraq şəhərin müəyyən hissələrində, daha böyük piyada axını olan ərazilərdə bu məsələlər həyata keçirilsin: “Qovşaq yerlərində bu daha vacib olar. Vağzalların, aeroportların, böyük nəqliyyat mübadilə mərkəzlərinin önündə, piyadaların sıx olduğu ərazilərdə bu kimi enerji mənbələrindən istifadə edilə bilər”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
130
50
icma.az

10Источники