RU

AFFA rəsmisi "Barselona"nın oyununa təyinat aldı

Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə AFFA-nın baş katibinin müşaviri Frank De Bleker UEFA-dan təyinat alıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" (İspaniya) - "Nyukasl Yunayted" (İngiltərə) oyununun hakim-inspektoru olacaq.

Bu gün Barselonanın "Nou Kamp" stadionunda təşkil olunacaq qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Избранный
45
24
bakivaxti.az

10Источники