RU

Bostonda azərbaycanlı tələbələrlə görüş olub - FOTO

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-də səfərdə olan əməkdaşları Bostonda bir qrup azərbaycanlı tələbə və gənclərlə görüşüb.

Aznews.az xəbər verir ki, görüş Harvard Universitetində yeni fəaliyyətə başlayan Azərbaycanlı Tələbə Cəmiyyətinin (“Harvard Undergraduate Azerbaijani Society-HUAS”) təşkilatçılığı ilə eyniadlı universitetdə baş tutub.

Tədbirdə ABŞ-nin aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology), Boston (Boston University), Şimal-Qərb (Northwestern University) və Saffolk (Suffolk University) universitetlərinin tələbələri də iştirak ediblər.

Görüşdə gənclərə komitənin həyata keçirdiyi layihələr, xaricdə yaşayan soydaşlarımızla qurulan əlaqələr və diaspor fəaliyyətinin inkişaf perspektivləri barədə məlumat verilib. Diaspor Gənclərinin Yay Düşərgələrinin, gənclər forumlarının, “Diaspor Gəncləri 1+1” proqramının gənclərin bir araya gəlməsini, fikir mübadiləsi aparmasını təmin edən mühüm bir platforma olduğu diqqətə çatdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız üçün Azərbaycan müqəddəs torpaqdır. Azərbaycançılıq ideologiyası birləşdirici amal, dövlətimiz isə dayaq yeridir. Bu bağlar qırılmazdır və hər bir azərbaycanlı məskunlaşdığı ölkəyə nə qədər yaxşı inteqrasiya etsə də, öz milli kimliyini qorumalı və assimilyasiyaya olmamalıdır. O həmçinin gənclərə dərslərində uğurlar arzulayıb.

Tələbələr təhsil aldıqları universitetlərin ictimai və akademik fəaliyyətləri, diaspor mühitində qazandıqları təcrübələr və yeni təşəbbüslər barədə danışıblar. Qeyd olunub ki, ABŞ universitetlərində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatları gənclər arasında əməkdaşlığı gücləndirir və ölkəmizin zəngin tarixi, mədəni və multikultural dəyərlərinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verir.

Избранный
22
5
aznews.az

7Источники