RU

Şotlandiyada tibbi yardımla ölümün leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsi qəbul olunmayıb

London, 18 mart, AZƏRTAC

Şotlandiya parlamentinin üzvləri tibbi yardımla həyatın sonlandırılması ilə bağlı qanun layihəsini qəbul etməyiblər.

AZƏRTAC xəbər verir ki, layihə terminal mərhələdə olan və qərar vermək qabiliyyətini qoruyan yetkin şəxslərə tibbi yardım vasitəsilə həyatlarına son qoymaq imkanı verirdi. Emosional müzakirələrlə müşayiət olunan yekun səsvermədə sənəd 69 səs əleyhinə, 57 səs lehinə olmaqla rədd edilib.

Qanun layihəsinə qarşı çıxanlar xüsusilə insanların bu qərara məcbur edilə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Layihənin müəllifi Liam Makartur isə sənədin rədd edilməsini ölüm ayağında olan insanların və onların ailələrinin yaşadığı əzab və travmaya qeyri-adekvat cavab kimi qiymətləndirib.

Qeyd edək ki, İngiltərə və Uelsdə də belə ölümün leqallaşdırılması ilə bağlı qanun layihəsi Vestminsterdə müzakirə olunur, lakin onun parlament müddəti başa çatmadan qəbul olunacağı ehtimalı aşağı qiymətləndirilir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
12
1
azertag.az

2Источники