Vətəninfo.az xəbər verir ki, İranın Xarici işlər naziri Abbas Araqçinin sözlərinə görə, İranın yeni ali lideri Müctəba Xamenei “tam sağlamdır” və “yüngül” xəsarətlər alıb.
“Bildiyim qədəri ilə, o, yalnız yüngül xəsarətlər alıb, tamamilə sağlamdır və vəziyyət nəzarət altındadır. Məndə olan və etibarlı hesab etdiyim məlumata görə, o, tamamilə sağlamdır”, – deyə o, “Əl-Cəzirə”yə verdiyi müsahibədə bildirib.
Daha əvvəl Xamneyinin səhhət və təhlükəsizlik problemləri səbəbindən gizli şəkildə Rusiya hərbi təyyarəsi ilə Moskvaya aparıldığı barədə şayiələr yayılmışdı.
Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov İranın yeni lideri Ayətullah Müctəba Xameneinin müalicə üçün Moskvaya gəlməsi ilə bağlı xəbərlərə münasibət bildirməkdən imtina edib.
Küveytin “Əl-Cəridə” qəzeti mənbəyə istinadən İranın yeni ali lideri Müctəba Xameneinin İsrailin hücumları zamanı ağır yaralandığını və bu yaxınlarda müalicə üçün Moskvaya təxliyə edildiyini bildirib.
Təxliyə üçün gizli əməliyyatın zəruri olduğu iddia edilir.
Mənbənin məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin kömək təklif etdiyi iddia edilir və İran hakimiyyəti bunu qəbul edib. Xamenei hərbi təyyarə ilə Moskvaya aparılıb, orada əməliyyat olunub və hazırda özəl xəstəxanada müalicə alır. Bu məlumatın hələlik Tehran və ya Moskva tərəfindən rəsmi təsdiqlənməsi yoxdur.