RU

Expressbank Qlobal Pul Həftəsi ilə əlaqədar məktəblilərlə görüşüb

(®) Qlobal Pul Həftəsi çərçivəsində Expressbank tərəfindən Xətai rayonu, 55 nömrəli tam orta ümumtəhsil məktəbinin 7 və 8ci sinif şagirdləri üçün maarifləndirici tədbir təşkil olunub.

Seminar zamanı şagirdlərə pulun düzgün idarə olunması, büdcə planlaşdırılması, qənaət vərdişləri və gələcək maliyyə qərarlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib. İnteraktiv formatda təşkil olunan görüş şagirdlərin mövzuya marağını artırmaqla yanaşı, onlara suallarını birbaşa ünvanlamaq imkanı yaradıb. Tədbir zamanı keçirilən viktorina əsasında şagirdlərin mənimsədikləri maliyyə bilikləri dəyərləndirilib və onlardan fəallığı ilə fərqlənənlər həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

Bankın nümayəndəsi – təlimçi Əkbər Tağıyev çıxışı zamanı bildirib ki, maliyyə savadlılığının erkən yaşlardan aşılanması gələcəkdə daha məsuliyyətli və düşünülmüş maliyyə davranışlarının formalaşmasına zəmin yaradır. O, şagirdlərə pulun düzgün şəkildə yığımını və xərclənməsini öyrənməklə gələcəkdə daha ağıllı və məsuliyyətli maliyyə qərarları verə biləcəklərini, eyni zamanda bu biliklərin onlara pullarını qorumağa, qənaət etməyə və istəklərinə daha düzgün şəkildə çatmağa kömək edəcəyini bildirib.

Qlobal Pul Həftəsi kimi beynəlxalq təşəbbüslərdə fəal iştirak edən Expressbank gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirməyi planlaşdırır. Bank bu kimi tədbirlərdə aktivlik göstərməklə şagirdlərin maliyyə dünyasına daha hazırlıqlı daxil olmalarına və düzgün qərarlar vermələrinə dəstək olur.

Expressbank uzunmüddətli strategiyasında əhalinin maliyyə savadlılığının artırılmasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Bank bu məqsədlə müxtəlif yaş qrupları üçün təlimlər, seminarlar və maarifləndirmə məqsədli sosial layihələr həyata keçirir. Qurum hesab edir ki, maliyyə biliklərinin genişləndirilməsi yalnız fərdi rifahın yüksəldilməsinə deyil, həm də ümumi iqtisadi inkişafın güclənməsinə töhfə verir.

 “Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

GlobalMoneyWeek2026GMW2026SmartMoneyTalksMaliyyəSavadlılığıQlobal Pul Həftəsi Expressbank tədbiri Xətai rayonu 55 nömrəli məktəb 7-ci sinif 8-ci sinif maliyyə savadlılığı büdcə planlaşdırılması qənaət vərdişləri gələcək maliyyə qərarları interaktiv seminar viktorina şagirdlər üçün maarifləndirmə maliyyə biliklərinin artırılması erkən yaşda maliyyə təhsili məsuliyyətli maliyyə davranışı pulun düzgün idarə olunması maliyyə təlimi sosial layihələr uzunmüddətli strategiya Azərbaycan bankları təhsil layihələri pulun yığılması xərcləmə bacarığı şagirdlərin fəallığı maliyyə qərarlarında hazırlıq təhsil və maliyyə Expressbank ASC Bakı ünvanı maliyyə maarifi məktəb seminarları pul idarəetməsi gələcək planlaşdırma şagirdlər üçün təlim qənaət və xərcləmə maliyyə savadlılığı təşəbbüsləri interaktiv maliyyə tədbirləri təlimçi Əkbər Tağıyev sosial məsuliyyət iqtisadi inkişaf.
Избранный
89
9
marja.az

10Источники