RU

İsrail Tehranda bu yerləri vurdu

İsrail Tehrana genişmiqyaslı hava zərbələri endirib.

Vətəninfo.az xəbər verir ki, dünən İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran istiqamətində genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum nəticəsində şəhərdə yerləşən bir sıra strateji hərbi obyektlər hədəfə alınıb.

Bildirilir ki, zərbələr əsasən aşağıdakı obyektlərə yönəlib:
Etirazların yatırılmasına cavabdeh olduğu iddia edilən SEPAH qərargahı;
Təhlükəsizlik qüvvələri üçün texniki xidmət və təchizat mərkəzi;
Ballistik raket sistemləri ilə əlaqəli qərargah.

İsrail Müdafiə Nazirliyi tərəfindən yayılan məlumata əsasən, hücum zamanı İranın bir neçə hava hücumundan müdafiə sistemi də zərər görüb.

Hadisə ilə bağlı əlavə məlumatların araşdırıldığı bildirilir.

Избранный
27
veteninfo.az

1Источники