RU

Bakıda icra başçısına yeni birinci müavin təyin olundu

Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) Başçısına birinci müavin təyin olunub.

Publika.az xəbər verir ki, bununla bağlı icra başçısı Adil Vəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Başçının birinci müavini vəzifəsinə Abbas Zeynalov təyin edilib.

O, bu təyinatadək icra hakimiyyətinin Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.

Избранный
61
16
publika.az

10Источники