RU

İsmail Xətib də ÖLDÜRÜLDÜ

İsrailin müdafiə naziri İsrael Katz İranın kəşfiyyat naziri İsmail Xətibin gecə Tehrana İsrailin hava hücumunda öldürüldüyünü açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, nazir deyib:

"Bu gün bütün arenalarda əhəmiyyətli sürprizlər gözlənilir ki, bu da Livanda İran və "Hizbullah"a qarşı apardığımız müharibənin eskalasiyasına gətirib çıxaracaq".

Katz açıqlamasında bildirib ki, İrana zərbələrin intensivliyi artır.

"İranın kəşfiyyat naziri Xətib də gecə öldürülüb", - deyə İsrailin müdafiə naziri əlavə edib.

Katzın sözlərinə görə, o və İsrailin baş naziri Benyamin Netanyahu orduya  istənilən yüksək vəzifəli İran fiqurunu əlavə təsdiqə ehtiyac olmadan öldürmək səlahiyyəti veriblər.

Избранный
75
cebheinfo.az

1Источники