RU

Elşən Abdullayev I Liqada fevralın ən yaxşı qolunun müəllifi kimi mükafatlandırılıb

Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Baku Sportinq" klubunun futbolçusu Elşən Abdullayev mükafatlandırılıb.

Bu barədə "Far.Az"a Peşəkar Futbol Liqasından bildirilib.

Fevralın ən yaxşı qolunun müəllifinə mükafatı XIX turun "Baku Sportinq" – "Mingəçevir" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.

Избранный
73
1
far.az

10Источники