RU

Hərbi xidmətdən yayınanlara XƏBƏRDARLIQ: Əgər ölkədən çıxmaq istəsəniz…

Müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə ciddi dəyişikliklər qüvvəyə minib. Artıq çağırışdan boyun qaçıranlar üçün məsuliyyət dairəsi genişləndirilib və ölkədən çıxış hüquqlarına məhdudiyyətlər qoyulub. Sosial-ədalət prizmasından yanaşanda, varlı uşaqları artıq hərbi xidmətdən yayına bilməyəcək.

Cəmiyyətdə uzun illər formalaşmış “imtiyazlı təbəqə hərbi xidmətdən yayınır” stereotipini sizcə, bu dəyişikliklər qıra biləcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Cavanşir Feyziyev deyib:

Azərbaycan

“Torpaqlarımız işğaldan azad olsa da, yerləşdiyimiz bölgə xarici müdaxiləyə kifayət qədər həssas bir coğrafiyadır. Hələlik, Cənubi Qafqaz ərazisində daimi sülhü və sabitliyi təmin edəcək təhlükəsizlik arxitekturası yaranmayıb”.

Deputatın sözlərinə görə, gənclərin hərbi bacarıq və vərdişləri öyrənməsi həyati əhəmiyyət daşıyır. Belə bir şəraitdə hərbi xidmətdən yayınmaq ən azı məsuliyyətsizlikdir.

“Əlbəttə, düşünmürəm ki, hərbi xidmətdən yayınanların sayı çoxdur. Əksinə, Vətən müharibəsindən sonra hərbi peşəyə marağın artdığını müşahidə etmək olar. Amma hər halda qanun qarşısında hamının bərabərliyini təmin etmək üçün belə hallar az olsa da, onların qarşısı alınmalıdır. Hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə edilən dəyişikliyin mahiyyəti də məhz budur”, — deyə Cavanşir Feyziyev əlavə edib.

“Siz “imtiyazlı təbəqə” deyəndə çox güman ki, hərbi xidmətdən yayınanları nəzərdə tutursuz. Amma əslində qanunvericiliklə nəzərdə tutulmuş hər hansı bir imtiyaz varsa, o da hər hansı bir şəkildə məhz dövlətə, xalqa, ölkəyə xidmət edən şəxslərə şamil olunmalıdır. Hərbi xidmətdən yayınmaq imtiyaz deyil, qanun pozuntusudur. İndi bu hallara qarşı qanunun qüvvəsi sərtləşdirildikdən sonra bu qanunun pozulması halları aradan qalxacaq və sizin dediyiniz “stereotip” də birdəfəlik qırılacaq. Gələcəkdə alternativ xidmət növlərinin tətbiqi də bu kimi halların tamamilə aradan qalxmasına gətirib çıxara bilər”, — deyə deputat sonda qeyd edib.

Dəniz Pənahova
KONKRET.az

Избранный
15
2
konkret.az

3Источники