RU

Azərbaycanlıların şirin çay şakəri xəstəlik yaradır

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Diabet xəstəliyi dünya miqyasında sürətlə artır və bu artımda əsas səbəblərdən biri gündəlik qidalanmada edilən yanlışlıqlardır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin "Instagram" səhifəsində canlı yayım zamanı deyib.

Həkim qeyd edib ki, xüsusilə bəzi ənənəvi vərdişlər bu riskləri daha da yüksəldir:

“Məsələn, şirin çay istehlakı sağlam qidalanma prinsiplərinə uyğun deyil. Uzun illərdir məlumdur ki, şəkərli çay orqanizm üçün faydalı hesab olunmur və qanda şəkərin sürətlə yüksəlməsinə səbəb olur. 

Bal təbii məhsul olsa da, həddindən artıq istehlakı da risklidir, çünki balın qlikemik indeksi yüksəkdir. Eyni qayda xurma kimi qidalar üçün də keçərlidir, normadan artıq qəbul edildikdə artıq kaloriyə çevrilir. Qəbul olunan kalorinin sərf olunmaması piylənməyə gətirib çıxarır”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
45
1
cebheinfo.az

2Источники