RU

Fevralda televiziyalarda aparıcıların xarici sözlərə istifadəsi azalıb - Audiovizual Şura

Bakı. Trend:

Audiovizual Şura keçən ilin sonlarından başlayaraq ümumölkəyerüstü və peyk yayımında olan televiziya kanallarının efirindəxarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır.

Audiovizual Şuradan Trend-ə verilən məlumata görə, monitorinqlər AMEA-nınDilçilik İnstitutu tərəfindən Azərbaycan dilində qarşılığı mövcudolan xarici kəlmə kimi təsdiq olunmuş 40-a yaxın sözün 15televiziya kanalının aparıcıları tərəfindən istifadəsini müəyyənedir.

Bildirilib ki, cari ilin yanvar ayında televiziya yayımçılarınınməsul şəxsləri ilə keçirilən görüşdə aparılan monitorinqlərindekabr ayı üzrə nəticələri yayımçıların diqqətinə çatıdırılmış,nəticələrin televiziya yayımçıları tərəfindən ciddi nəzərə alınmasıtövsiyə olunub. Növbəti monitorinqlərin nəticələrinə əsasən xaricisözlərdən yersiz istifadə hallarında tendensiyanın azalmayacağıtəqdirdə inzibati tənbeh tədbirlərinin tətbiq ediləcəyi qeydolunub.

Yanvar ayının monitorinqlərinin dekabr ayının nəticələrinə yaxınolmasına baxmayaraq, keçirilən görüşlərin və aparılanmaarifləndirici fəaliyyətin nəticəsi olaraq cari ilin fevral ayındateleviziya kanallarının aparıcıları tərəfindən Azərbaycan dilindəqarşılığı olan xarici sözlərdən istifadə sayında ciddi azalmamüşahidə olunub. Belə ki, 15 televiziya kanalının aparıcılarıtərəfindən dekabr ayında xarici sözlərdən 1 366, yanvar ayında 1460 istifadə halı müəyyən olunubsa, fevral ayında bu say 864-ədüşüb.

Audiovizual Şura belə monitorinqlərin davamlı olacağını qeydetməklə yanaşı, yayımçılara bu sahədə redaksiya nəzarətiningücləndirilməsinin vacibliyini bir daha bildirib, redaksiyanümayəndələri və aparıcılar tərəfindən xarici sözlərinistifadəsinin azaldılması istiqamətində daha intensiv işaparmalarını tövsiyə edib.

Məqalədə:
Избранный
39
26
az.trend.az

10Источники