RU

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - FOTO - YENİLƏNİB

Azərbaycanın
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına göndərilən növbəti humanitar yardımı daşıyan yük maşınları bu gün 14:00-da “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb. 1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, budəfəki humanitar yardımın ümumi həcmi 82 ton təşkil edir. Yardıma 76 ton ərzaq və qida məhsulları, 4 ton dərman vasitələri, həmçinin 2 ton tibbi ləvazimatlar daxildir.
Humanitar yük 5 yük avtomobili (TIR) vasitəsilə yola salınıb. Eyni zamanda, Novruz bayramı ərəfəsi nəzərə alınaraq, yardım karvanına bayram sovqatı və müxtəlif Novruz məhsulları da əlavə edilib. Yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir. Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər. *** 09:08 Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınır. 1news.az APA-ya istinadən xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Bundan 76 ton ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində isə tibbi ləvazimatlar daxildir.
Humanitar yardımın 5 yük avtomobili (TIR) vasitəsilə göndərilir. Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub.
Избранный
45
49
1news.az

10Источники