Ermənistanın iqtisadiyyat naziri və "Vətəndaş Müqaviləsi" Partiyasının nümayəndəsi Gevorq Papoyan hakimiyyətdə qalacaqlarına və “TRIPP layihəsi”ni həyata keçiriləcəyinə zəmanət verdiyini deyib.
“Cebheinfo.az”-ın məlumatına görə, nazir jurnalistlərə bu barədə danışıb:
“Həm “TRIPP” Sazişi və həm də “Vətəndaş Müqaviləsi” qalacaq”. Papoyanın sözlərinə görə, hər şey plan üzrə gedir:
“İnanıram ki, proqramımıza uyğun hərəkət etməliyik. Dünyada müxtəlif tektonik dəyişikliklər həmişə baş verə bilər.
Amma düzgün istiqamətdə hərəkət etsək, biz piroq yeyəcəyik və başqalarının işinə qarışmayacağıq. Biz “TRIPP”, Şimal-Cənub layihəmizi həyata keçiririk”.