RU

Muctəba və Mehdi inancı: İranın “gizli dövlət” ideologiyası müzakirə mövzusu olur...

Analitiklər SEPAH daxilində formalaşmış radikal ideoloji yanaşmaların təhlükəli nəticələrə gətirib çıxara biləcəyini bildirir...

İranın daxili siyasi strukturu ilə bağlı diqqətçəkən açıqlama verilib. ABŞ-də fəaliyyət göstərən United Against Nuclear Iran (UANI) mərkəzinin SEPAH üzrə aparıcı analitiki Kasra Aarabi bildirib ki, ölkədə uzun müddətdir “paralel” və ya “görünməz dövlət” fəaliyyət göstərir və bu struktur Muctəba Xameneiyə sadiqdir. Onun sözlərinə görə, bu sistem Qərb paytaxtlarında təsəvvür ediləndən daha təhlükəli ola bilər.

Analitik qeyd edir ki, Muctəba Xameneinin dünyagörüşü klassik teoloji müzakirələrdən daha çox radikal militarizm üzərində formalaşıb. Bildirilir ki, o, 17 yaşında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən ideoloji bölmələrindən biri olan “27-ci Məhəmməd Rəsulullah diviziyası”na qoşulub. Həmin bölməyə Livandakı “Hizbullah” hərəkatının qurucularından sayılan Əhməd Motəvəsəlyan rəhbərlik edib.

Məqalədə qeyd olunur ki, Muctəba erkən yaşlarından atasının və onun radikal ətrafının təsiri altında olub və daha çox hərbi strukturun nümayəndəsi kimi formalaşıb. Bu səbəbdən onun baxışlarının “zorakı, islamçı və ekstremist xarakter daşıdığı” iddia olunur.

Onun xidmət etdiyi “Həbib” batalyonunun isə sonradan onun yaxın çevrəsinin əsasını təşkil etdiyi vurğulanır. Hazırda bu batalyonun veteranlarının İranın təhlükəsizlik sistemində mühüm rol oynadığı bildirilir.

Məqalədə dönüş nöqtəsi kimi 1999-cu ildə Qum şəhərində dini təhsil dövrü göstərilir. Bu mərhələdə onun müəllimi ayətullah Məsbah-Yəzdi olub. Aarabi onu “SEPAH-ın ideoloji memarı” və ölkə tarixində ən radikal din xadimlərindən biri kimi xarakterizə edir.

Analitikin iddiasına görə, Məsbah-Yəzdi tərəfindən irəli sürülən bəzi dini çağırışlar cəmiyyətdə zorakılıq hallarına səbəb olub. Bu kontekstdə qadınlara qarşı hücumlar və digər hadisələr misal gətirilir.

Məqalədə xüsusi vurğulanır ki, “görünməz dövlət” ideologiyasında mühüm yer tutan konsepsiya “məhdəvilik” doktrinasıdır. Bu yanaşmaya görə, gizli imam Mehdi'nin qayıdışı qlobal qarşıdurma ilə müşayiət olunacaq. Analitiklərin fikrincə, bu ideologiya 2009-cu ildən etibarən SEPAH daxilində daha sistemli şəkildə yayılıb.

Bu çərçivədə bəzi radikal yanaşmaların, o cümlədən İsrailin mövcudluğunun qarşısında maneə kimi qiymətləndirilməsi kimi fikirlərin irəli sürüldüyü qeyd olunur. Məqalədə bu kimi ideyaların regiondakı hadisələrin izahında istifadə edildiyi bildirilir, lakin bu yanaşmalar beynəlxalq hüquq və humanitar prinsiplərlə ziddiyyət təşkil edir.

Materialda həmçinin qeyd olunur ki, Əli Xamenei hakimiyyətini qorumaq üçün oğlunun rəhbərliyi altında geniş bir şəbəkə yaradıb. İddialara görə, bu struktur on minlərlə sadiq tərəfdardan ibarətdir və Muctəba uzun müddət qeyri-rəsmi şəkildə mühüm qərarların qəbulunda iştirak edib.

Bu qeyri-rəsmi təhlükəsizlik və təsir şəbəkəsinə daxil olduğu bildirilən şəxslər arasında müxtəlif radikal çıxışları ilə tanınan fiqurların adı çəkilir:

Səid Qasemi - bəzi çıxışlarında radikal qruplarla əlaqələrdən danışdığı iddia olunur;

Hüseyn Yekta – etiraz aksiyaları ilə bağlı sərt bəyanatları ilə tanınır;

Əlirza Panahiyan – məhdəvilik ideologiyasının əsas təbliğatçılarından biri kimi göstərilir.

Məqalənin sonunda qeyd olunur ki, İranın mövcud siyasi sistemi daxilində islahat imkanları məhdud qiymətləndirilir və müxtəlif güc qrupları arasında rəqabətin davam etdiyi bildirilir (Haqqin.az portalı)

Poliqon.info

Избранный
46
poliqon.info

1Источники