RU

Azərbaycanda aqrar sektor böyüdü

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda1 milyard 140,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, bu, ötən ilin eyni dövrü ilə 1,2 % çoxdur.Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 5,3 % artaraq 62,7 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,9 % artaraq 1077,9 milyon manat təşkil edib.

2 ay ərzində ölkədə diri çəkidə 93,1 min ton ət, 321,3 min ton süd, 362,2 milyon ədəd yumurta və 50,2 min ton tərəvəz istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə tərəvəz istehsalı 5,3 %, ət istehsalı 2 % artıb, süd istehsalı 0,4 %, yumurta istehsalı 3,3 % azalıb.

Избранный
23
1
metbuat.az

2Источники