RU

Polşa rusiyalı alimi Ukraynaya TƏHVİL VERİR

Varşava məhkəməsi rusiyalı alimin Ukraynaya ekstradisiya edilməsi barədə qərar çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasına alimin yaxınları məlumat verib.

Varşava məhkəməsi Ukrayna hakimiyyətinin sorğusu əsasında rusiyalı alim Butyaginin ekstradisiya edilməsi barədə qərar qəbul edib.

Alimin yaxınları bu qərarın icrasının onun üçün geri dönülməz fəsadlar törədə biləcəyini bildiriblər.

Onlar xüsusi olaraq vurğulayıblar ki, Butyaginin Ukraynaya təhvil verilməsi onun həyatı üçün birbaşa və ciddi təhlükə yaradır.

Hazırda müdafiə tərəfinin məsələ ilə bağlı növbəti hüquqi addımları nəzərdən keçirdiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
63
interpress.az

1Источники