RU

"Onlar Azərbaycan dilini zəlil günə qoyublar" - Seyran Səxavət

Bir neçə həftə əvvəl Elgiz Əkbərin ARB-də yayımlanan “Elgizlə izlə” və Tarix Əliyevin “Space” TV-dəki “Tarixin bir günü” verilişlərinin efir yayımları dayandırılıb. Daha sonra isə ard-arda Zaur Baxşəliyev, Zaur Nəbioğlu, Zaur Kamal, Xoşqədəm Hidayətqızı və Lalə Azərtaşın aparıcısı olduğu verilişlərin fəaliyyəti sonlandırılıb.

Bəs həmin verilişlərin fəaliyyətinin dayandırılması cəmiyyətdə necə qarşılanır?

Məsələ ilə bağlı yazıçı Seyran Səxavət Redaktor.az-a açıqlamasında bildirdi ki, həmin aparıcıların verilişlərinin dayandırılması ilə heç nə düzələn deyil:

"Azərbaycan televiziya məkanı təmiz sökülməli, darmadağın olunmalı, təzədən qurulmalıdır. Ən azı ona görə ki, Azərbaycan dilini onlar zəlil günə qoyublar. İndi bu saat Azərbaycan dili reanimasiyadadır, ölüm ayağındadır. Mənim haqqım var bunu deməyə, mən 20 ildir bu barədə danışıram və Azərbaycan dilinin reanimasiyada olmağının bir nömrəli günahkarı da Azərbaycan televiziya məkanıdır. Xoşqədəmlə, Zaurlarla, kimlərləsə iş düzələn deyil. Azərbaycan Mətbuat Şurasında, Yazıçılar Birliyində, Nəsimi adına Dilçilik İnstitutunda, Akademiyanın Ədəbiyyat İnstitutunda, Dövlət Dil Qurumu yanında Monitorinq Şöbəsində belə bir məruzə ilə uzun illərdir çıxış edirəm, yazıram, deyirəm. Adı da belədir: cümlə qurmaq dövlət qurmaq qədər çətindir. Xoşqədəmlə, o birilərlə bu dil düzələn deyil".

Seyran Səxavət vurğuladı ki, televiziyaların hamısını bağlamaq lazımdır:

"O dildə ki, Azərbaycan televiziyası danışır, ancaq mənasız verilişlər ortaya qoymaq olar. Televiziya məkanının dilində yaxşı heç nə eləmək mümkün deyil. Hər şeyi dillə edirik də, düzdürmü? Bir işimiz düşəndə, ya bir başqa şey olanda dilimizlə deyirik. Dil olmayandan sonra heç nə etmək mümkün deyil. Mənim ən yaralı yerimdir. Hətta Qarabağ alınmamışdan qabaq məndən soruşmuşdular ki, Seyran müəllim, sizin bir nömrəli probleminiz yəqin ki, Qarabağ olar? Dedim xeyr, Qarabağ mənim üçün iki nömrəlidir, bir nömrəli Azərbaycan dilinin reanimasiyada, son nəfəsdə olmasıdır. Bunun da bir nömrəli günahkarı təkcə Xoşqədəm, təkcə Zaur deyil, onlar xırda məsələlərdir. Ancaq Azərbaycan televiziya məkanı sökülməlidir, təmiz, olduqları yer də suya çəkilməlidir, ondan sonra hə nəsə etmək olar".

Aytəkin TOFİQQIZI

Избранный
41
2
redaktor.az

3Источники