RU

YAP-ın SOCAR üzrə təşkilatında yeni rəhbərlik formalaşdı - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatında seçki iclası keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair sənədli film nümayiş olunub.

YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatının sədri, SOCAR Mərkəzi Arxivinin rəisi Ağaəli Hüseynov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlər, həyata keçirilən təşəbbüslər və təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə, həmçinin Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Təştif Komissiyasının üzv, Milli Məclisin deputatı Naqif Həmzəyev, eləcə də YAP üzvü, SOCAR Baş ofisinin Həmkarlar Təşkilatının sədri Nazim Vəliyev çıxış ediblər. Çıxışçılar Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyasının ötən illər ərzində böyük, şərəfli və uğurlu yol keçərək cəmiyyətin aparıcı qüvvəsi kimi müstəqil ölkəmizin tarixində mühüm rol oynadığını bildiriblər. Ümumxalq partiyasına çevrilən YAP-ın Prezident İlham Əliyevin sədrliyi ilə son 20 il ərzində mühüm nailiyyətlərə imza atdığı və daha inkişaf etdiyi qeyd olunub.

Sonra YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatının yeni sədrinin və sədr müavininin namizədlikləri irəli sürülüb, səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, SOCAR Aparatının rəhbəri Hafiz Zeynalov SOCAR üzrə ərazi partiya təşkilatının yeni sədri, şirkətin vitse-prezidentinin müavini Racu Vəliyev isə sədr müavini seçiliblər.

Daha sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, sonra iclas iştirakçıları Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

Избранный
80
50
unikal.az

10Источники