RU

Yanvar fevral ayları ərzində Azərbaycanda hər bir istehlakçı ayda 635 manat xərcləyib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

2026-cı ilin yanvar-fevral aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 13 milyard manat olmaqla 2025-ci ilin yanvar-fevral aylarına nisbətən müqayisəli qiymətlərlə 4,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi dəyərin 77,4 faizini pərakəndə ticarət dövriyyəsi, 19,4 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 4,3 faiz artaraq 12,4 milyard manata bərabər olub, onun 44,5 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 634,9 manat və ya 2025-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 57,3 manat çox vəsait xərcləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
41
2
azertag.az

3Источники