RU

Bu tərbiyəsizliyi edənlər mənəvi dəyərlərdən uzaqdırlar! Jurnalistlər

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı nəticəsində Prezidentin ailəsini şantaj edən şəxs ötən gün ifşa olunub. Bu haqda İctimai Televiziyada (İTV) sujet yayımlanıb. Sujetdə bildirilib ki, xaricdə yaşayan blogerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov müxtəlif internet platformalarda böhtan xarakterli məlumatlar yaymağa başlayıblar.

DTX tərəfindən saxlanılan şəxsin ifadələri əsasında aparılan araşdırmalar göstərir ki, sosial şəbəkələrdə Alena Əliyeva haqqında yayılan məlumatlar heç bir faktiki əsas daşımayıb və informasiya tamamilə saxta əsaslı, manipulyativ məzmun daşıyıb.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Modern.az-a açıqlamasında bildirib ki, bu məsələyə ümumi problem kimi yanaşmaq lazımdır.

“Burada söhbət hər hansı bir Azərbaycan xanımından yox, ümumən tərbiyəsizlikdən gedir və istənilən Azərbaycan vətəndaşına qarşı belə hərəkətlər yolverilməzdir. Bu, bizim milli düşüncəmizə, adət-ənənəmizə, tərbiyəmizə yaraşan davranış deyil”.

Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün gəncləri düzgün tərbiyə etmək lazımdır:

“Belə əməllərə yol verənlər tərbiyədən, azərbaycançılıqdan, etikadan, jurnalistikadan, qanundan və ümumi mənəvi dəyərlərdən uzaq insanlardır.

Əlbəttə, kimisə tutmaqla və ya nəyisə qadağan etməklə müəyyən qədər nəticə əldə etmək olar. Amma texnologiya elə bir səviyyəyə çatıb ki, bir tərəfdən bağlayırsan, başqa tərəfdən yeni yol açılır. Ona görə də əsas məsələ cəmiyyətin, xüsusilə də gənclərin düzgün tərbiyəsidir. Təəssüf ki, hazırda bu problemləri yaşayırıq”, - deyə E.Şıxlı söyləyib.

Professor, telejurnalist Qulu Məhərrəmli isə qeyd edib ki, istər yüksək vəzifəli şəxslər, istərsə də sıravi vətəndaşlar olsun, kimisə şantaj etmək və ya şərəf və ləyaqətini aşağılamaq yolverilməzdir:

“Bu cür hallar təkcə fərdi hüquqların pozulması deyil, eyni zamanda söz və mətbuat azadlığına ciddi zərbədir. İstər yüksək ranqlı, istər vəzifəli, istərsə də sadə insanlar olsun - onu şantaj etmək, şərəf və ləyaqətini alçaltmaq olmaz. Bu cür əməllərlə məşğul olanlar birbaşa söz və mətbuat azadlığına zərbə vururlar”.

Q.Məhərrəmli onu da əlavə edib ki, Prezident ailəsi ilə bağlı yayılan məsələlərə gəldikdə isə bu, ümumiyyətlə ictimai müstəvidə də yolverilməz bir hərəkətdir:

“Belə halların qarşısının alınması üçün xüsusi xidmət orqanlarının operativ müdaxiləsi və bu əməlləri törədən şəxslərin ifşa olunması müsbət haldır. Bu, eyni zamanda digərləri üçün də ciddi xəbərdarlıq ismarıcıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
modern.az

1Источники