Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
"İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) "Əsl Vəd 4" əməliyyatının 62-ci dalğasını həyata keçirərək İsrailin dörd şəhərinə və Yaxın Şərqdəki bütün ABŞ bazalarına zərbə endirdi".
Bizimyol.info xəbər verir ki, İİKK-nın mətbuat xidməti bu barədə məlumat verib.
"62-ci zərbə dalğası zamanı sionist rejimin və cinayətkar Amerikanın ən müasir hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldıqdan sonra Akko, Hayfa, Təl-Əviv və Beer-Şevadakı hədəflər güclü raketlərlə məhv edildi", - deyə "Mehr" xəbər agentliyi mətbuat xidmətinə istinadən bildirib.
Həmçinin qeyd edilib ki, Yaxın Şərqdəki bütün ABŞ hərbi bazaları, o cümlədən Əd-Dəfra, Əl-Cufeyr, Əli əs-Salim və Əl-Əzraqda yerləşən bazalar da üçüncü dəfə zərbələrə məruz qalıb.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.