RU

MAQATE rəhbəri: “ABŞ və İran arasında danışıqlar real görünmür”

ABŞ və İsrailin hərbi əməliyyatları, eləcə də İranın cavab zərbələri dayandırılmadan rəsmi Tehranın nüvə danışıqlarına qayıtması az ehtimal olunur.

NOCOMMENT.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi deyib.

Vaşinqtonda çıxış edən Qrossi vurğulayıb ki, hərbi kampaniya başa çatmayana qədər danışıqlar qeyri-mümkündür.

Qrossi həmçinin Buşəhr nüvə obyektinə pilotsuz uçuş aparatı (PUA) ilə endirilən son zərbənin fəsadlarına da toxunub. Onun sözlərinə görə, dəyən ziyan “çox əhəmiyyətli” deyil. PUA kiçik bir laboratoriya korpusuna düşüb, atom reaktoru isə zərər görməyib və hadisə nəticəsində tələfat yoxdur.

MAQATE dəyən ziyanın qiymətləndirilməsini davam etdirir və bir daha bəyan edir ki, nüvə obyektlərinə qarşı hər hansı hərbi zərbələrdən qaçınılmalıdır.

Sara,
NOCOMMENT.az

Избранный
53
nocomment.az

1Источники