RU

Ramazan jesti: Pakistan Əfqanıstandakı əməliyyatları dayandırdı

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Pakistan hakimiyyəti Əfqanıstana qarşı həyata keçirilən hərbi əməliyyatları beş gün müddətinə dayandırmaq qərarı verib.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin informasiya və teleradio yayımı naziri Attaulla Tarar "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Nazir bildirib ki, qərar müsəlmanların Ramazan bayramı - Fitr bayramı münasibətilə qəbul olunub. O əlavə edib ki, bu addım həm Pakistanın öz təşəbbüsü, həm də Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə kimi dost müsəlman ölkələrinin xahişi əsasında atılıb.

Məlumata görə, "Qəzəb lil-Həqq" əməliyyatı çərçivəsində terrorçulara və onların dəstək infrastrukturuna qarşı aparılan hərbi fəaliyyət 18-dən 19-na keçən gecədən başlayaraq, martın 23-dən 24-nə keçən gecəyədək dayandırılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
2
oxu.az

4Источники