RU

Fazil Mustafa İlbər Ortaylı haqqında: Tanış olduğum yaradıcılığı gözlədiyim qədər cəlbedici deyildi”

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Əslində İlbər Ortaylının ayrı-ayrı televiziya proqramlarda, konfrans məkanlarında özünü tanıtım fürsətlərini səmərəli dəyərləndirməsi onu yetərincə məşhurlaşdırmışdı. Hətta Azərbaycanda da gözlənildiyindən daha məşhur idi. Mənim üçün onun tanış olduğum yaradıcılığı gözlədiyim qədər cəlbedici deyildi.

Gununsesi.info  xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa 13 mart tarixində vəfat edən Türkiyənin tanınmış və sevilən tarixçi və yazarı İlbər Ortaylı ilə bağlı danışarkən deyib. F.Mustafa bildirib ki, İlbər Ortaylı ilə ilk tanışlığı 1996-cı ilə təsadüf edir:

“Türkiyədə təhsil alan tələbələrdən biri onunla görüşdürmək istədi və haradasa yarım saat ərzində kafedradakı otağında söhbətləşdik. O zaman mərhum Əbülfəz Elçibəyin Türkiyə Özəl təmsilçisiydim və Ankarada yaşayırdım. Maraqlı anlatım üslubu vardı, bir neçə dil bilgisi də tədqiqatçı kimliyinin əsas özəlliyi sayıla bilərdi. Türkiyənin son dönəm ən maraqlı və ekzotik aydınlarından biri sayılırdı. Əsərləri ilə tanış olarkən bilgi yükünün ağırlığı dərhal adamı öz cazibəsinə alırdı. Təbii ki, görüşlərinin mübahisəli tərəfləri də az deyildi. Ən mühüm özəlliyi isə səyahət kültürünü önə çəkməsiydi. Gəzirdi, kommunikasiya qururdu və yazırdı. Dəfnində çox sayda insanın qatılmasının özü də xeyli anlamlı idi. Əslində İlbər Ortaylının ayrı-ayrı televiziya proqramlarda, konfrans məkanlarında özünü tanıtım fürsətlərini səmərəli dəyərləndirməsi onu yetərincə məşhurlaşdırmışdı. Hətta Azərbaycanda da gözlənildiyindən daha məşhur idi.

Mənim üçün onun tanış olduğum yaradıcılığı gözlədiyim qədər cəlbedici deyildi. Hər halda Cəlal Şəngörün bilgi birikimi və cəsur sosioloji tezisləri daha maraqlı gəlirdi. Xüsusilə də onun “Bilgi ilə söhbət” əsərində faydalanmalı xeyli məqamlar vardı. Bununla belə, İlbər Ortaylının “Səyahətnamə”ləri iti müşahidə qabiliyyətindən xəbər verirdi. Bunları qeyd etməklə yetinib onun vəfatından sonra cəmiyyətin münasibətinə diqqət yönəltmək istərdim”.

F.Mustafa əlavə edib ki, adətən Türkiyədə bir alim, hansısa müğənni, futbolçu, təriqət başçısı, siyasətçi, mafiya babası qədər populyar olmaz:

“İlbər Ortaylı bu Şərq zehniyyətinə bağlı insan çoxluğunda irsi ilə tanışlığı olmasa da şəxsiyyəti barədə təsəvvür və rəğbət yaratmağı bacardı. Yəni cəmiyyət anladı ki, onun məşhur alimi var və ona sayğı duymaq lazımdır. Məsələn, başqa bir böyük alimlər olan Oqtay Sinanoğlu, yaxud da Əziz Sancaq bu cür məhşurluq populizmində diqqətəlayiq uğur qazana bilmədilər. Əlbəttə, burada tarixçi ixtisasının özəlliyinə uyğun olaraq nağılvari üslubla diqqət çəkmə faktoru öz təsirini gösrətmiş ola bilərdi. Bütün hallarda cəmiyyətin bir alimi tanıması, sözlərini dinləməsi, anlamasa belə, güvən duyması çox ömənli bir amildir. Məsələn bizim Azərbaycan da da alimə münasibət Türkiyədəkindən fərqlənmir. Bir sıra alimləri dövlət təbliğ etdiyinə görə insanlar təbliğatın təsiri ilə qiymətləndirirlər. Lütfüzadəyə, Yusif Məmmədəliyevə və başqalarının məşhurluğuna bu qəbildən baxılmalıdır. Ötən illərdə dəyərli tarixçi Aydın Balayev, dəyərli filosoflar Rəhman Bədəlov, Niyazi Mehdi dünyalarını dəyişdi, dəfnlərindən beş-on yaxınından başqa kimsənin xəbəri olmadı. Ancaq bir meyxanaçının, yaxud bir müğənninin, bir qanuni oğrunun, bir cəhalət mollasının nəşini insanlarımızın necə təntənə ilə yola saldığını yaxın tariximizdə açıq şəkildə görmüş olduq. Yəni unutmaq olmaz ki, keçici duyğularla bağlandıqları insanların mirasının mahiyyətini anlamayan böyük bir çoxluğun düşüncəsini alimə, onun dəyərinə yönəldən missiyaya görə, İlbər Ortaylıya, Əziz Nesinə, Cəlal Şəngörə, Əziz Sancara, Ahmed Arslana, Oqtay Sinanoğluna, Yaşar Nuri Öztürkə və adını vurğulamadığımız başqa şəxsiyyətlərə ideoloji baxışından, doğrusundan-yanlışından asılı olmayaraq sayğı duymağa, əlbəttə, dəyər”.(Tribuna.az)

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
70
icma.az

1Источники