RU

Səudiyyə Əş-Şərqiyyə əyalətində təhlükəsizlik xəbərdarlığı elan etdi

BAKI, 18 mart. TELEQRAF

Səudiyyə Ərəbistanının şərqində təhlükəsizlik tədbirləri artırılıb.

Teleqraf xəbər verir ki, Mülki Müdafiə Xidməti krallığın ən böyük neft və qaz mərkəzi olan şərqdəki Əş-Şərqiyyə əyalətində yüksək təhlükəsizlik xəbərdarlığı elan edib.

Sakinlərə dərhal ən yaxın təhlükəsiz yerə getmələri və pəncərələrdən və eyvanlardan uzaq durmaları tövsiyə olunub.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) yaxın saatlarda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə hücum etmək niyyətində olduqlarını açıqlayıb.

Избранный
64
1
teleqraf.com

2Источники