RU

İntizam Komitəsindən soyğun – ötən mövsüm 276 min, bu mövsüm artıq 526 min!

Srağagün və bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirildi. Bəlli oldu ki, komitə klubları ümumilikdə 20 min 240 manat cərimələyib.

Klubların buna qədər 507 min 400 manat cərimə olunduğunu yazmışdıq. Deməli, sonuncu qərarlarla birgə AFFA-nın mövsümlük qazancı 527 min 640 manata çatdı. Hələ “futbol ili”nin başa çatmadığını nəzərə alsaq, ümumi məbləğin daha da artacağı sirr deyil.

“Football-plus.az” qeyd olunanlarla bağlı diqqətiçəkən məqamı xatırlatmaq niyyətindədi. Belə ki, AFFA İntizam Komitəsi 2024/25 mövsümündə klubları cəmi 276 min 500 manat cərimələmişdi. Heç şübhəsiz, budəfəki qazanc əvvəlkindən azı iki qat çox olacaq.

Komitənin sədri Erkin Hüseynov ötən ilin avqustunda İntizam Məcəlləsinin, demək olar ki, bütün maddələrində dəyişiklik edildiyini demişdi. Görünür, federasiya hüquqi cəhətdən daha da təkmilləşdirmə prosesi adı altında nəinki premyer-liqa, aşağı liqa komandalarına belə mərhəmət göstərmir. Hər halda, mövsüm ərzində dəfələrlə 1-ci, 2-ci liqa klublarının ciddi məbləğdə cərimələnməsinin şahidi olmuşuq. Hələ əksər komandaların, xüsusən “Neftçi”nin azarkeşlərin məsuliyyətsiz davranışı üzündən ziyana düşməsini demirik.

Cibiniz dolu olsun, amma insaf da yaxşı şeydi.

KƏNAN BAHADIR

Избранный
106
1
football-plus.az

2Источники