Kapitan sarğısını taxdıqdan və adaptasiya dönəmini geridə qoyduqdan sonra ''Beşiktaş''ın liderinə çevrilən Orkun Kökçü önəmli klubların diqqətini çəkməkdə davam edir.
"Football-plus.az" xəbər verir ki, ən son ''Gənclərbirliyi'' ilə qarşılaşmada cərimə zərbəsindən mükəmməl qol vuran 25 yaşlı futbolçu indi də ''İnter''in gündəminə düşüb.
Türkiyənin ''Sözcü'' nəşrinin yazdığına inansaq, Milan nəhəngi mövsümün sonunda Hakan Çalhanoğlu ilə yollarını ayırmaq və onun boşluğunu Kökçü ilə doldurmaq niyyətindədi. 32 yaşlı Hakan son vaxtlar yaşadığı zədələrlə bir qədər gözdən düşüb. Üstəlik ''Qalatasaray''ın ona olan marağı davam edir.
Çalhanoğlunun yerinə daha gənc və sabit futbolçu axtaran ''İnter'' yaxın günlərdə ''Beşiktaş''la əlaqə saxlayacaq. Ancaq ''İnter''in işi asan olmayacaq. Çünki Türkiyə yığmasının üzvü ''Liverpul'' başda olmaqla digər klubların da hədəfindədi. Türkiyə mundiala vəsiqə qazanacağı təqdirdə Orkun uğrunda mübarizə bir qədər də qızışacaq. Ancaq məsələ burasındadı ki, İstanbul nəhənginin kapitanını satmaq niyyəti yoxdu.
Bu qış ''Zenit''in 30 milyon avroluq təklifini düşünmədən geri çevirən ''Beşiktaş'' gələcəyin komandasını məhz Orkunun ətrafında qurmaq istəyir.
Bu mövsüm 31 rəsmi oyunda 6 qol, 7 məhsuldar ötürmə ilə fərqlənən Kökçü hər oyuna orta hesabla qapıya 3 zərbə vurur. Bu göstəricidə o, superliqada hamıdan öndədi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта