UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb.
"Yeni Sabah" xəbər verir ki, evdə Macarıstanın "Ferentsvaroş" kollektivini qəbul edən Portuqaliya təmsilçisi "Braqa" 4:0 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.
İlk matçda "Ferentsvaroş" rəqibini (2:0) üstələmişdi.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq.
Telegram kanalımız