Bakı. Trend:
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarınastart verilib.
Trend xəbər verirki, Portuqaliya təmsilçisi “Braqa” doğma meydanda Macarıstanın“Ferentsvaroş” klubunu qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başaçatıb.
Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda“Ferentsvaroş” 2:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab qarşılaşmalarınasabah yekun vurulacaq.