RU

"X" sosial şəbəkəsində problem yaranıb

Martın 18-də "X" sosial şəbəkəsində genişmiqyaslı giriş problemi yaranıb.

Ölkə.az xəbər verir ki, həm mobil tətbiqdə, həm də veb versiyada istifadəçilər sistemə daxil olmaqda çətinlik çəkiblər.

X sosial şəbəkəsində problem yaranıb

İstifadəçilər platformaya daxil olduqda "profil məlumatlarına daxil olmaq mümkün deyil" kimi xəbərdarlıqla qarşılaşıblar. Yalnız əsas səhifədə deyil, həmçinin mesajlar və bildirişlər bölməsində də nasazlıqların olduğu bildirilib.

Yaşanan problemlər fasilələri real vaxtda izləyən "Downdetector" platformasının məlumatlarında da əks olunub. Qısa müddət ərzində çox sayda istifadəçi xəta barədə bildiriş göndərib və problemin, xüsusilə, mobil tətbiqdə daha geniş yayıldığı müşahidə olunub.

X sosial şəbəkəsində problem yaranıb

Platformanın sahibi İlon Maskın rəhbərlik etdiyi "X" tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Problemin texniki infrastrukturla bağlı ola biləcəyi ehtimal edilir.(oxu.az)

Избранный
93
2
olke.az

9Источники