RU

Rusiyada araq kəskin bahalaşıb

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyada arağın qiyməti kəskin bahalaşıb. 2026‑cı ilin fevralında arağın orta pərakəndə satış qiyməti litr üzrə 948,48 rubl (təxminən 20,39 AZN) təşkil edib.Demokrat.az Trend-ə istinadən xəbər verir ki, yanvar ayının göstəriciləri ilə müqayisədə arağın qiyməti 2,4 % artıb, 2025‑ci ilin fevralı ilə müqayisədə isə 16,08 % bahalaşıb.Digər spirtli içkilərin qiymətləri bir qədər az artıb:pivənin litr qiyməti 208,29 rubl (4,48 AZN) - illik artım 14,96 %çaxır - 963,48 rubl (20,73 AZN) - 12,6 %konyak - 1,700 rubl (≈ 36,55 AZN) - 10,09 %.Bazar iştirakçıları Rusiya arağının qiymətinin artmasının əsas səbəbləri kimi spirt üzrə aksizlərin yüksəldilməsini, minimal pərakəndə satış qiymətinin və istehsal dəyərinin artmasını göstərirlər.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
33
1
demokrat.az

2Источники