GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
İran şahının oğlu və mühacirətdə yaşayan müxalif fiqur Rza Pəhləvi iranlılara yaxın zamanda “son çağırış” edəcəyini açıqlayıb.
Globalinfo.az-ın xəbərinə görə, o, bu barədə “Iran International” nəşrinə müsahibəsində danışıb.
Pəhləvi qeyd edib ki, İran iqtidarı hakimiyyətdə qalmaq üçün xalqın səsini amansız şəkildə yatırmağa hazırdır və hətta yüz minlərlə insanın ölümünə səbəb ola bilər. Onun sözlərinə görə, bu səbəbdən etiraz hərəkatı daha düşünülmüş və strateji şəkildə addım atmalıdır.
“Son çağırış uyğun zamanda ediləcək”, – deyə o vurğulayıb.
Pəhləvi əlavə edib ki, iranlılar artıq 47 ildir mövcud sistemi dəyişmək uğrunda mübarizə aparır və onun sona çatacağı günü səbirsizliklə gözləyir.
Pəhləvi həmçinin bildirib ki, rejimin süqutundan sonra İran xalqı tam azadlığa qovuşmalı, ölkəni yenidən qurmalı və rifaha nail olunmalıdır.
Mesajında o, vətəndaşları ilin son çərşənbə axşamı (19 mart) azadlıq yolunda həlak olmuş qəhrəmanların məzarlarını ziyarətə və onların ailələri ilə həmrəylik nümayiş etdirməyə çağırıb.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.