RU

ABŞ da ipoteka faiz dərəcələri son üç ayın ən yüksək səviyyəsinə çatıb

ain.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faiz dərəcələri son üç ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.az xəbər verir ki, ABŞ-də 30 illik ipoteka (mənzil krediti) üzrə orta faiz dərəcəsi ötən həftə 6,30 faizə yüksələrək 2025-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb, müraciətlər isə 10,9 faiz azalıb.

“Mortgage Bankers Association” (İpoteka Bankirləri Assosiasiyası) (MBA) 13 mart tarixində başa çatan həftə üzrə ipoteka məlumatlarını açıqlayıb.

Məlumata görə, ipoteka müraciətləri ötən həftə əvvəlki həftə ilə müqayisədə 10,9 faiz azalıb.

Bu dövrdə mənzil alışı üçün edilən müraciətlər 1 faiz artsa da, yenidən maliyyələşdirmə üzrə müraciətlər 19 faiz azalıb.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi 6,19 faizdən 6,30 faizə yüksəlib.

Eyni dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi də 5,54 faizdən 5,66 faizə qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
50
1
banco.az

2Источники