RU

FED-dən mühüm qərar

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini illik 3,5-3,75 % səviyyəsində saxlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FED-in məlumatında bildirilib.

Qeyd edilib ki, Yaxın Şərqdəki hadisələrin ABŞ iqtisadiyyatı üçün nəticələri qeyri-müəyyən olaraq qalır. Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitə risklərə diqqətlə yanaşır. Öz məqsədlərini dəstəkləmək üçün komitə federal fondlar üzrə dərəcənin hədəf diapazonunu 3,5-3,75 % səviyyəsində saxlamaq qərarına gəlib.

“Hədəf dərəcəsinə əlavə düzəlişlərin miqyası və müddətləri nəzərdən keçirilərkən komitə daxil olan məlumatları, dəyişən perspektivləri və risk balansını diqqətlə qiymətləndirəcək. Komitə maksimum məşğulluğun dəstəklənməsinə və inflyasiyanın 2 %-lik hədəf səviyyəsinə qaytarılmasına qətiyyətlə sadiqdir”, – deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, cari ilin yanvar ayında keçirilən son iclasda da FED dərəcəni dəyişməz saxlamışdı./publika

Избранный
48
9
nocomment.az

10Источники