Düşmənin enerji obyektlərimizə hücumu bizi müharibənin yeni mərhələsinə daxil edib.
İnterpress.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, İran tərəfi hərbi əməliyyatların miqyasını genişləndirmək və neft obyektlərini hədəfə almaq niyyətində olmayıb.
Həmçinin vurğulanıb ki, rəsmi Tehran dost və qonşu ölkələrin iqtisadiyyatına zərər vurmaq istəməyib.
Lakin bəyanatda qeyd olunur ki, qarşı tərəfin İranın enerji infrastrukturuna hücum etməsi vəziyyəti kökündən dəyişib.
SEPAH rəsmiləri bu addımın münaqişəni “yeni mərhələyə” daşıdığını və cavab tədbirlərinin qaçılmaz olduğunu bildiriblər.
Xuraman Etibarlı
İnterpress.az