RU

Təl Əvivdə partlayış səsləri eşidildi

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın İsrailə qarşı həyata keçirdiyi qisas hücumundan sonra paytaxt Təl-Əviv və ətraf ərazilərdə güclü partlayış səsləri eşidilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı məlumatda deyilir.

Bildirilib ki, raketlər İrandan buraxılıb və hava hücumundan müdafiə sistemləri onları zərərsizləşdirməyə çalışıb. Hadisə zamanı ölkənin mərkəzi bölgələrində, xüsusilə də Tel-Əvivdə hava hücumu sirenləri işə düşüb.

Sirenlərdən sonra şəhər səmasında İran istehsalı olduğu bildirilən raketlərin göründüyü və ard-arda partlayışların baş verdiyi qeyd olunur.

Təcili tibbi yardım xidməti hələlik zərbələr nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə rəsmi məlumatın daxil olmadığını açıqlayıb və vəziyyətlə bağlı yeniliklərin paylaşılacağını bildirib.

Eyni zamanda, “Yedioth Ahronoth” qəzetinin məlumatına görə, İrandan atılan raketlərdən birinin fraqmenti ölkənin mərkəzində yerləşən Cəlculiya bölgəsində bir binaya düşüb. Hadisə ilə bağlı ölən və ya yaralananlar barədə hələlik məlumat verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
125
qafqazinfo.az

1Источники