RU

Kıvanç “Dönence”də tək qaldı Aktrisa tapa bilmirlər

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Türkiyə televiziya tarixinin ən yüksəkbüdcəli rəqəmsal layihələrindən biri olacağı gözlənilən və məşhur aktyor Kıvanç Tatlıtuğun rol alacağı “Dönence” serialı qadın baş rol seçimində ciddi çətinliklərlə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, layihədə əvvəlcə Pınar Denizlə razılığa gəlinsə də, aktrisanın dünyaca məşhur rejissor Nuri Bilge Ceylanın yeni film təklifini qəbul etməsi səbəbindən “Dönence”dən ayrılmasından sonra çətin vəziyyət yaranıb.

Daha sonra layihəyə təklif edilən Burcu Biricik də ssenari və çəkiliş cədvəlini nəzərdən keçirdikdən sonra təklifi rədd edib. Bu səbəbdən serialın çəkilişi müvəqqəti təxirə salınıb.

Qeyd olunur ki, Kıvanç Tatlıtuğ layihədə baş rol üçün hər bölümə görə 4 milyon TL (təxminən 153,5 min manat) alacaq. Pınar Deniz də layihədə iştirak edəcəyi təqdirdə hər bölüm üçün 3 milyon TL (təxminən 115 min manat) alacaqmış.

“Dönence” serialı “Disney+” platforması üçün hazırlanır və planlaşdırılan 8 seriyalıq layihə baş rol üçün ardıcıl imtinalar səbəbindən istehsal qrupunu ciddi çətinliyə salıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
134
qafqazinfo.az

1Источники