RU

Dmitriyev: Qətərdə LNG zavoduna zərbə Aİ üçün fəlakətdir

BAKI, 19 mart. TELEQRAF

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RFİF) rəhbəri Kirill Dmitriyev Qətərdə mayeləşdirilmiş təbii qaz (LNG) zavoduna endirilən zərbənin Avropa İttifaqı üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Dmitriyev qeyd edib ki, hadisənin təsiri təkcə Avropa ilə məhdudlaşmır: “Bu, bütün dünya üçün pis, Aİ üçün isə fəlakətlidir”.

Qeyd olunub ki, o, bu fikirləri ABŞ-nin “The Kobeissi Letter” nəşrində Qətərdə LNG zavoduna hücumdan sonra təbii qaz qiymətlərinin artması ilə bağlı yayılan məlumatı şərh edərkən səsləndirib.

Xatırladaq ki, bundan əvvəl Qətərin dövlət neft-qaz şirkəti “Qatar Energy” Ras-Laffan sənaye zonasının raket hücumuna məruz qaldığını açıqlayıb.

Избранный
64
teleqraf.com

1Источники