RU

DYP tərəfindən avtovağzalda maarifləndirici görüş keçirildi VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bayram günləri ərəfəsində sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin olunması məqsədilə daşıyıcılar və sərnişinlərlə maarifləndirici görüş keçirilib.

Avtosfer.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində təşkil olunan tədbirdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə üzərlərinə düşən vəzifələr barədə ətraflı məlumat verilib. Xüsusilə səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, sürücülərin tibbi müayinədən keçməsi, eləcə də iş və istirahət rejiminə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda avtobusla səfərə hazırlaşan sərnişinlərə hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək davranışlardan çəkinmək, qayda pozuntularına biganə qalmamaq və belə hallarla rastlaşdıqda aidiyyəti üzrə məlumat vermək tövsiyə olunub.

Tədbir çərçivəsində sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin olunmasının bütün hərəkət iştirakçılarının məsuliyyətli davranışından asılı olduğu bir daha vurğulanıb, bu istiqamətdə maarifləndirici tədbirlərin bayram günləri ərzində də davam etdiriləcəyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
101
4
avtosfer.az

5Источники