RU

"İsrailin bu hücum planlarından xəbərsiz idik" - Tramp

"Vaşinqton İsrailin "Cənubi Pars" neft yatağına hücum planlarından xəbərsizdir". 

"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Truth Social"da yazıb. 

Amerika prezidentinin sözlərinə görə, Qətərin də neft yatağına edilən hücumda heç bir əlaqəsi olmayıb.

 "ABŞ bu konkret hücum barədə heç nə bilmirdi və Qətər bunun baş verəcəyindən xəbərsiz idi", - o, qeyd edib. 

O əlavə edib ki, İsrail bu halda "Cənubi Pars"a hücum etməyəcək:

"Yəhudi dövləti zərbəni "Yaxın Şərqdə baş verənlərə qarşı qəzəbdən" həyata keçirib. Yatağın obyektlərinin "yalnız kiçik bir hissəsi" zədələnib. İran tamamilə günahsız tərəfə - bu halda Qətərə hücum etmək üçün ağılsız qərar verməsə, İsrail artıq son dərəcə vacib və dəyərli "Cənubi Pars"qaz yatağına zərbə endirməyəcək".

Gülayə Mecid 

Избранный
18
3
unikal.az

4Источники