RU

ABŞ dan İrana ULTİMATUM: “Cənubi Pars”ı məhv edəcəyik KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran Qətərə qarşı hücumlarını davam etdirsə, Vaşinqton ölkənin ən böyük qaz yataqlarından biri olan “Cənubi Pars”ı məhv etməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

Tramp qeyd edib ki, İran “məntiqsiz qərar” verərək Qətərə zərbə endirərsə, ABŞ bu yatağı “indiyədək görünməmiş güclə” hədəfə alacaq. O, əlavə edib ki, belə bir addımın İran üçün uzunmüddətli ağır nəticələri ola bilər, lakin Qətərin LNG obyektlərinə hücumlar təkrarlanarsa, tərəddüd etməyəcək.

ABŞ liderinin sözlərinə görə, yaxın günlərdə “Cənubi Pars” yatağına edilən hücum İsrail tərəfindən həyata keçirilib və bu, Yaxın Şərqdəki hadisələrə cavab olaraq baş verib. Tramp iddia edib ki, ABŞ və Qətər bu hücum barədə əvvəlcədən məlumatlı olmayıb.

Martın 18-də İran mediası ABŞ və İsrailin İranın ən böyük qaz yatağına və Asaluye bölgəsindəki infrastruktura zərbələr endirdiyini, nəticədə gündəlik təxminən 100 milyon kubmetr gücə malik iki emal zavodunun fəaliyyətinin dayandığını bildirib.

Həmin gün İran qüvvələri Qətərin Ras Laffan sənaye şəhərinə kütləvi hücum edib. Bu hücum nəticəsində ölkənin qaz infrastrukturu zədələnib. Bir neçə saat sonra İran yenidən ballistik raketlərlə zərbə endirib və QatarEnergy obyektlərində genişmiqyaslı yanğın baş verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, əgər ölkənin enerji sektoru yenidən hədəfə alınarsa, Fars körfəzi ölkələrinin neft-qaz infrastrukturu tamamilə məhv edilənə qədər hücumlar davam edəcək.

Qətər Xarici İşlər Nazirliyi isə İranın region ölkələrinə qarşı hücumlarını kəskin şəkildə pisləyib. Nazirlik bu addımları beynəlxalq hüququn kobud şəkildə pozulması və qlobal enerji təhlükəsizliyi üçün ciddi təhdid kimi qiymətləndirib. Qətər rəsmiləri regionda gərginliyin azaldılmasına çağırış ediblər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
30
2
konkret.az

3Источники