Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın son hadisələr fonunda verilən “mesajı anladığına” ümid edir.
KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp hazırda İranın enerji infrastrukturuna yeni zərbələrin endirilməsini istəmir. Bu mövqe İsrailin çərşənbə günü İranın həyati əhəmiyyətli “Cənubi Pars” qaz yatağına hücumundan sonra formalaşıb.
ABŞ rəsmilərinin sözlərinə görə, Tramp həmin hücumu dəstəkləyib və bunu Hörmüz boğazı ətrafındakı gərginlik fonunda Tehrana göndərilən bir siqnal kimi qiymətləndirib.
Vaşinqton hesab edir ki, İran bu mesajı anlayıb və buna görə də hazırda əlavə zərbələrə ehtiyac görmür. Bununla belə, mənbələr bildirir ki, İranın gələcək addımlarından asılı olaraq, xüsusilə strateji su yolunda vəziyyət yenidən gərginləşərsə,
Tramp yenidən enerji obyektlərinə zərbələrin endirilməsi variantını nəzərdən keçirə bilər.
Qeyd edək ki, daha əvvəl İran rəsmiləri İsrail və ABŞ-ın “Cənubi Pars”dakı hücumlarına cavab olaraq Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-də yerləşən enerji obyektlərinə zərbələr endirə biləcəklərini açıqlayıblar.
Müşviq Tofiqoğlu
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.