RU

Tez-tez sidiyə gedənlər hansı həkiməmüraciət etməlidir?


Həm kişilərdə, həm də qadınlarda rast gəlinən tez-tez sidiyə getmə müxtəlif səbəblərdən qaynaqlana bilər. Tez-tez sidiyə getmədən şikayət edən şəxslər müalicə prosesinə müvafiq mütəxəssisə müraciət etməklə başlayırlar.

Medicina.az xəbər verir ko, normal insan gündə maksimum 8 dəfə sidiyə getməlidir. Əhəmiyyətli xəstəliklərin əlaməti ola bilən tez-tez sidiyə getmənin səbəbləri qadınlar və kişilər arasında fərqlidir.

Tez-tez sidiyə getmənin ümumi səbəbləri bunlardır:

- Diabet

- Dərmanların yan təsirləri

- Hamiləlik

- Sidik yolu infeksiyası

- Yumurtalıq xərçəngi

- Sistit

- Böyrək xəstəliyi

- Disk yırtığı

- Ürək-damar xəstəliyi


Böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, diabet və hamiləlik kimi səbəblərdən əlavə, tez-tez sidiyə getmə sidik yolu infeksiyasının əlaməti ola bilər.

Bəs sidik yolu infeksiyalarını hansı həkimin ixtisası müalicə edir?

Sidik yolu infeksiyası problemləri yaşayan insanların urologiya və ya daxili xəstəliklər üzrə mütəxəssis tərəfindən müayinəsi lazımdır. Böyrəklərdən və ifrazat sistemindən qaynaqlanan sidik yolu infeksiyası şikayətləri olan xəstələr özəl və dövlət xəstəxanalarındakı urologiya və daxili xəstəliklər üzrə mütəxəssislərə müraciət edirlər. Müayinə və testlərdən keçdikdən sonra xəstələr dərmanlarla lazımi müalicə prosesinə başlaya bilərlər.

Tez-tez sidiyə getmənin ümumi simptomlarına aşağıdakılar daxildir:

- Sidik ifrazı zamanı ağrı

- Pis qoxulu sidik

- Qarın ağrısı

- Ürəkbulanma və qızdırma

- Sidik qaçırma

- Sidik ifrazı ehtiyacı səbəbindən gecə oyanmaq

- Qanlı sidik

Aygün
Medicina.az


Избранный
35
1
medicina.az

2Источники